Kapital Bank Azərbaycanın ən böyük maliyyə institutudur
118-dən çox filial və 54 şöbəmizlə Azərbaycanın dörd bir yanında milyonlarla müştərimizə xidmət göstəririk. Eyni zamanda ölkənin ilk rəqəmsal bankını yaratmışıq.
Hazırda Birbank tətbiqi 3 milyondan çox aktiv istifadəçisi ilə ölkədə liderdir.
İdarə Heyətinin sədri, Baş İcraçı Direktor
İlk gündən bəri bütün nailiyyətlərimizi əməkdaşlıq və komanda ruhumuzla qazanmışıq. Gerçəkləşdirdiyimiz hər bir xəyal komandamızın təcrübəsinin, zəhmətinin və biliyinin nəticəsidir.
KomandamızHər bir əməkdaşımız, hər bir bölməmiz dayanıqlı gələcək naminə müştərilərin istəklərinə əsaslanır, məhsul keyfiyyətini və müştəri təcrübəsini təkmilləşdirmək üçün daim yeni imkanlar axtarır.
Dünyada baş verən qlobal dəyişikliklərin və ekoloji problemlərin fərqindəyik. Bu problemlərə səssiz qalmırıq. 2024-2026 strategiya planımızda ESİ əsas strateji istiqamətlərdən biridir.
Biz davamlılığı strateji məqsədlərimizin əsas hissəsi kimi qəbul edirik və məqsədə nail olmaq üçün ESİ və dayanıqlı maliyyə meyarlarını maliyyə xidmətlərimizə inteqrasiya edirik.
1874-cü ildən bəri, 150 ildən çoxdur ki, uğurla xidmət göstərir, eyni məqsəd uğrunda yeni zirvələri fəth edirik. Bu gün də 5 milyondan çox fiziki, 27 mindən artıq hüquqi şəxs olmaqla, ölkəmizin ən böyük xidmət şəbəkəsinə malik maliyyə qurumuyuq.
HesabatMüştəri
Əməkdaş
Filial
Fəaliyyətimiz 1874-cü ilin 24 iyulunda Bakıda açılmış ilk əmanət kassasından başlayır.
Tarixçəmiz