Strateji planımızı rəhbər tutaraq, daha dayanıqlı bir gələcək qurmaq üçün Ekoloji, Sosial və İdarəetmə istiqamətləri üzrə hərtərəfli addımlar atırıq.
Kapital Bank olaraq inanırıq ki, dayanıqlı inkişafın əsasında ictimai məsuliyyət dayanır. Ölkənin ilk və ən etibarlı maliyyə institutlarından biri kimi, Azərbaycanın uzunmüddətli inkişafına töhfə vermək üçün insan kapitalına, ölkə infrastrukturun bərpasına və inklüziv tərəqqiyə davamlı şəkildə yatırırıq.
Məsuliyyətli bankçılıq bizim üçün yalnız ekoloji məsələlərlə məhdudlaşmır. İstər ətraf mühitə təsiri azaldan rəqəmsal həllərin genişləndirilməsi, istərsə də maliyyə inklüzivliyinin və yerli inkişafın dəstəklənməs ilə dayanıqlılıq yanaşmamız fəaliyyətimizin ayrılmaz hissəsidir.
Əminik ki, real təsir yalnız ardıcıl və məqsədyönlü fəaliyyətlə mümkündür. Dövlət, biznes və cəmiyyətlə sıx əməkdaşlıq quraraq daha dayanıqlı və ədalətli iqtisadi ekosistemin inkişafına töhfə veririk. Strategiyamız milli inkişaf hədəfləri və beynəlxalq dayanıqlılıq prinsipləri ilə uzlaşır və bu yanaşma ilə biz bütün maraqlı tərəflər üçün uzunmüddətli dəyər yaratmağa davam edirik.
İdarə Heyətinin sədri, Baş İcraçı direktor