Kapital Bank

1874-cü ildən bəri

0% 25% 50% 100%

Haqqımızda

Kapital Bank Azərbaycan Respublikasının ən böyük
maliyyə institutudur, 1874-cü ildə təsis olunmuşdur.

Bankımız 150 ildən çoxdur ki, uğurla fəaliyyət göstərir

Hazırda Kapital Bank Azərbaycanda ən böyük xidmət şəbəkəsinə malik maliyyə qurumudur. Universal bank olan Kapital Bank 5 milyondan çox fiziki və 27 mindən artıq hüquqi şəxslərə xidmət göstərir.

Eyni zamanda, Kapital Bank dövlətin həyata keçirdiyi bir sıra sosial proqramlarda yaxından iştirak edir və real sektorun inkişafı üzrə bir sıra proqramları həyata keçirir.

 

Birlikdə dəyər yaradırıq

Birlikdə dəyər yaradırıq

Strateji baxışımız

Daha dayanıqlı gələcəyi təmin edən və qabaqсıl dünya trendlərini özündə cəmləşdirən, hər kəsin bir nömrəli maliyyə tərəfdaşına çevrilməkdir.

Missiyamız

Həyatınızın hər bir dönəmində şəffaf maliyyə tərəfdaşlığımızla ölkəmizin sosial-iqtisadi rifah halını birlikdə yüksəltməkdir.

 

Səhmdarlarımız

“Kapital Bank” ASC-nin səhmlərinin 81.08%-i “Paşa Holdinq” MMC-yə, 7,52 %-i “Paşa Sığorta” ASC-yə, qalan 11,40%-i isə digər hüquqi və fiziki şəxslərə aiddir. Bankın nizamnamə kapitalının miqdarı 265 849 999.85 AZN-dir. Hazırda Kapital Bank Azərbaycanda ən böyük xidmət şəbəkəsinə malik maliyyə qurumudur.