Kapital Bank

1874-cü ildən bəri

0% 25% 50% 100%

Səhmlərimiz

Etibarlı və şəffaf investisiya fürsətləri yaradırıq

Səhmdarların hüquqları

Bankın hər bir səhmdarının Azərbaycan Respublikası Mülki Məcəlləsinin 106-1.3-cü maddəsində, digər qanunvericilikdə və Bankın nizamnaməsində nəzərdə tutulmuş aşağıdakı hüquqları vardır:

  • Bankın idarə edilməsində qanunvericiliklə müəyyən edilmiş qaydada iştirak etmək, onun idarəetmə və icra orqanlarına seçmək və seçilmək (imtiyazlı səhm sahibləri istisna olmaqla);
  • Qanunvericiliklə müəyyən edilmiş qaydada, Bankın fəaliyyətinə dair məlumatlar almaq, ildə bir dəfə onun illik hesabatı və mühasibat balansı ilə tanış olmaq;
  • Bankın səhmdarlarının ümumi yığıncağının çağırılmasını tələb etmək;
  • Bankın səhmdarlarının ümumi yığıncağının gündəliyində dəyişikliklərin edilməsini tələb etmək;
  • Bankın səhmdarlarının ümumi yığıncağında səsvermə hüququ ilə iştirak etmək və onun protokolunun surətini tələb etmək;
  • Bankın xalis mənfəətindən dividend almaq;
  • Bankın fəaliyyətinə xitam verildikdə, Bankın kreditorlarının tələbləri yerinə yetirildikdən, hesablanmış, lakin ödənilməmiş dividendlər, habelə imtiyazlı səhmlərin ləğvetmə dəyəri ödənildikdən sonra Bankın yerdə qalan əmlakının müəyyən hissəsini almaq;
  • Mülki Məcəllə və qanunvericiliklə nəzərdə tutulmuş digər hüquqlara malik olmaq.
  • Səhmlərin növü:

    adi, adlı sənədsiz

  • Dövlət qeydiyyatı nömrəsi:

    AZ1003005159

  • Nominal dəyəri:

    12.39 AZN

  • Səhmlərin sayı:

    15 mln