Kapital Bank

1874-cü ildən bəri

0% 25% 50% 100%

Pərakəndə bankçılıq

Maliyyə həllərimizlə
istəkləri yaxın edirik

Müştərilərimizin arzularına çatmasında
rol oynayarkən, həm də onların
həyatına toxunuruq

Hər bir müştərimizə özəl yanaşırıq

Müştərilərə məxsusi yanaşma edərək onların unikal ehtiyaclarını qarşılamaq üçün çalışırıq. Bunu gerçəkləşdirmək üçün isə daim müxtəlif modelləri tətbiq edir, müştəri datalarına və davranışlarına əsasən fərdi təkliflər, eləcə də hədəflənmiş kampaniyalar formalaşdırırıq. Beləcə, müştəri məmnuniyyətinin artırılmasına nail ola bilirik.

Xidmət şəbəkəmiz ən ucqar bölgələrimizədək uzanır

114 filialımız və 53 şöbəmizlə Azərbaycanın dörd bir yanında milyonlarla müştərimizə yerindəcə xidmət göstəririk. Bununla belə ölkənin ilk rəqəmsal bankını yaratmışıq. Hazırda 3 milyondan çox aktiv istifadəçi sayı ilə Birbank tətbiqi ölkədə liderdir.

Geniş müştəri
portfelinə sahibik

Partnyor şəbəkəmiz, müştəri portfelimiz, eyni zamanda vahid ekosistemə çıxış imkanımız fəaliyyətimizə daha geniş imkanlar yaradır, yeni xidmətlər üçün
üfüqlər açır.

5mln.+

müştəri bazası

3mln.+

aktiv Birbank istifadəçisi

Fərqimiz üstünlüklərimizdir

  • Yenilikçiyik

    Yenilikçiyik

    Daim qabaqcıl, yeni və bənzərsiz xidmətlər təqdim edirik. Azərbaycanda bir çox bank məhsulu və xidmətini ilk olaraq təqdim etməyimizlə qürur duyuruq. Təkcə ölkənin birinci bankı yox, həm də ilk rəqəmsal bankı olmaqdan qürur duyuruq.

  • Sürətliyik

    Sürətliyik

    Dəyişikliklərə və müştəri tələblərinə çox sürətli cavab verməyi bacarırıq. Agile iş mühitində və peşəkar komanda ilə çalışmağın gətirdiyi üstünlüklərlə ehtiyacları ən qısa zamanda və doğru şəkildə qarşılaya bilirik.

  • Müştəri yönümlüyük

    Müştəri yönümlüyük

    Atdığımız hər bir addımın mərkəzində müştərilərimiz dayanır. Onların istəklərini və ehtiyaclarını incəliklərinə qədər anlayıb, ən uyğun həllər, məhsul və xidmətlər təqdim edə bilirik. Eyni zamanda müasir texnologiyalardan faydalanaraq xidmət keyfiyyətimizi daim yüksəldirik.

  • Fayda yaradırıq

    Fayda yaradırıq

    Yararlı məhsullar və xidmətlər təklif edərək müştərilərimizin xərclərinə qənaət etmələri, həmçinin gəlirlərini artırmalarına dəstək oluruq.

Gündəlik həyatı asanlaşdırırıq

Müştərilərimizin həyatının bir parçası olaraq onların zamanına və rahatlığına önəm veririk. Kartla ödənişlərdən pul köçürmələrinə qədər müxtəlif gündəlik bank əməliyyatları istənilən zaman, istənilən yerdən həyata keçirsinlər deyə ən müasir imkanlar təqdim edirik.

Eyni zamanda, gündəlik ehtiyacları düşünərək, təkcə rahatlıq yaratmaqla da kifayətlənmirik. Ödənişlərdə bonuslar qazandırır, qənaət və qazanc üçün tövsiyələr verir, müştərilərimizin əsl maliyyə dostuna çevrilmək üçün səy göstəririk.

Pərakəndə bankçılıq xəbərləri

10-06-2026

TəhsilPlus kartlarının ilk kütləvi təqdimatına Gəncə-Daşkəsən regionundan start verildi

05-06-2026

“Sıfır Tullantı” həmrəylik marafonuna start verildi

04-06-2026

Qırmızı Ürəklər Fondunun “Qurban payı” aksiyası çərçivəsində 400 ailəyə yardım edildi

01-06-2026

“Hər şey mümkündür”: 1 İyun münasibətilə inklüziv inkişafı təşviq edən xüsusi layihə həyata keçirilib

22-05-2026

Kapital Bank Visa və ABA tərəfindən 7 nominasiyada mükafatlandırıldı

22-05-2026

İsmayıllıda 189 şəhidin xatirəsinə “Qəhrəmanlar Bağı” salındı

Daha çox