Kapital Bank

1874-cü ildən bəri

0% 25% 50% 100%

15-04-2026

Kapital Bank 2026-cı ilin I rübü üzrə maliyyə nəticələrini elan edib

Ölkənin birinci bankı Kapital Bank-ın aktivləri 31 mart 2026-cı il tarixinə 11,8 milyard manat təşkil edib. Müştərilərə verilən kreditlərin həcmi isə 5,5 milyard manatdır.

31 mart 2026-cı il tarixinə olan nəticələrə görə bankda müştəri depozitlərinin həcmi 8,5 milyard manat təşkil edib. Bankın 31 mart 2026-cı il tarixinə tutulmalardan sonra məcmu kapitalı 1,2 milyard manat, adi və imtiyazlı səhmlər isə 256 milyon manatdır.

Bankın xalis mənfəəti isə ötən ilin analoji dövrü ilə müqayisədə 2 dəfədən çox, yəni 119% arataraq 120 milyon manata çatıb.

Qeyd edək ki, Kapital Bank “Moody's” və “Standard & Poor's” beynəlxalq reytinq agentliklərinin reytinqlərinə malikdir. Bu reytinqlər ölkənin bank sektorunda yüksək reytinqlər sırasındadır.

Ölkənin birinci bankı Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 114 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Əlaqə Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul kreditiBirbank kartı sifarişlərinizi onlayn formada həyata keçirə bilərsiniz.

Xəbərlər

22-06-2026

Kapital Bank sahibkarları bir araya gətirən platformalara dəstəyini davam etdirir

10-06-2026

TəhsilPlus kartlarının ilk kütləvi təqdimatına Gəncə-Daşkəsən regionundan start verildi

05-06-2026

“Sıfır Tullantı” həmrəylik marafonuna start verildi

04-06-2026

Qırmızı Ürəklər Fondunun “Qurban payı” aksiyası çərçivəsində 400 ailəyə yardım edildi

01-06-2026

“Hər şey mümkündür”: 1 İyun münasibətilə inklüziv inkişafı təşviq edən xüsusi layihə həyata keçirilib

22-05-2026

Kapital Bank Visa və ABA tərəfindən 7 nominasiyada mükafatlandırıldı

Daha çox