Kapital Bank

1874-cü ildən bəri

0% 25% 50% 100%

03-04-2026

Kapital Bank 7 nominasiya üzrə mükafatlandırıldı

Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşkilatçılığı ilə keçirilən “Bankçılıq Mükafatları – 2025”in qalibləri müəyyən olunub. Kapital Bank 7 nominasiyada mükafata layiq görülüb.

ABA-nın 35 illik yubileyinə təsadüf edən qiymətləndirmənin nəticələrinə əsasən, Kapital Bank “Korporativ sosial məsuliyyət”, “Maliyyə savadlılığı dəstəkçisi”, “Təhsil dəstəkçisi”, “Kiçik və Orta Biznesin maliyyə əlçatanlığının artırılması ilə əlaqədar tədbirlər keçirmiş ABA üzvü”, “Rəqəmsal ödənişlər sahəsində innovativ layihələrin tətbiqi”, “Rəqəmsal ödənişlərdə təhlükəsizliyə dair maarifləndirmə layihələri” və “Beynəlxalq əməkdaşlığın inkişafında fərqlənən bank” nominasiyaları üzrə qalib olub.

Qeyd edək ki, Kapital Bank ötən il ərzində bu istiqamətlərin hər biri üzrə məqsədyönlü və davamlı layihələr həyata keçirib. Bankın korporativ sosial məsuliyyət təşəbbüsləri, maliyyə savadlılığının artırılmasına və təhsilə dəstəyi, sahibkarlığın inkişafına töhfələri, rəqəmsal ödənişlər sahəsində innovativ yanaşmaları və təhlükəsizlik üzrə maarifləndirmə fəaliyyəti, eləcə də beynəlxalq əməkdaşlıq istiqamətində atdığı addımlar onun uzunmüddətli inkişaf strategiyasının əsas prioritetlərini təşkil edir.

Ölkənin birinci bankı Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 114 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Əlaqə Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul kreditiBirbank kartı sifarişlərinizi onlayn formada həyata keçirə bilərsiniz.

Xəbərlər

17-07-2026

Kapital Bank “Euromoney Awards for Excellence 2026”da iki nominasiya üzrə qalib olub

15-07-2026

Kapital Bank 2026-cı ilin II rübü üzrə maliyyə nəticələrini elan edib

03-07-2026

Kapital Bank 116 filial, 51 şöbə və 1274 ATM ilə ölkənin ən böyük xidmət şəbəkəsinə malik bankıdır

24-06-2026

“Kapital Bank” Səhmdarlarının nəzərinə

22-06-2026

Kapital Bank sahibkarları bir araya gətirən platformalara dəstəyini davam etdirir

10-06-2026

TəhsilPlus kartlarının ilk kütləvi təqdimatına Gəncə-Daşkəsən regionundan start verildi

Daha çox