Kapital Bank

1874-cü ildən bəri

0% 25% 50% 100%

04-12-2025

Kapital Bank-dan Beynəlxalq Bankçılıq Günündə daha bir uğur

Kapital Bank informasiya təhlükəsizliyi idarəetmə sisteminin (İTİS) daha da gücləndirilməsini rəsmiləşdirərək, beynəlxalq miqyasda ən qabaqcıl standartlardan biri olan ISO/IEC 27001:2022 sertifikatı üzrə uyğunluğunu təsdiqləyib. Bu nailiyyət bankın rəqəmsal ekosisteminin və müştəri xidmətlərinin müasir kibertəhlükələrə qarşı ən yüksək səviyyədə müdafiə olunduğunun təkzibolunmaz göstəricisidir.
Bu standartın tətbiqi ilə bank qlobal tələblərə uyğun şəkildə sistemli, risk-əsaslı və davamlı təkmilləşmə prinsipi üzrə fəaliyyət göstərir. ISO/IEC 27001:2022 çərçivəsinə uyğun formalaşdırılan bu idarəetmə modeli məlumatların qorunması, kiberrisklərin proaktiv şəkildə idarə olunması və müştəri məxfiliyinin yüksək səviyyədə təmin edilməsinə xidmət edir.
Bankın daxili proseslərinin beynəlxalq təhlükəsizlik yanaşmaları əsasında optimallaşdırılması müştərilər üçün etibarlı, dayanıqlı və fasiləsiz rəqəmsal xidmət mühitinin yaradılmasına xidmət edir. Bu sertifikat bankın informasiya təhlükəsizliyinə olan yanaşmasının cari tələblərə uyğunluğu ilə yanaşı strateji və uzunmüddətli inkişaf prioritetinin vacib hissəsi olduğunu da nümayiş etdirir. 
Ölkənin birinci bankı Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 115 filialı və 50 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Əlaqə Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün – https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün – https://kbl.az/prcrc

Xəbərlər

24-07-2026

"Moody’s" Kapital Bank-ın güclü maliyyə göstəricilərini bir daha təsdiqləyib

17-07-2026

Kapital Bank “Euromoney Awards for Excellence 2026”da iki nominasiya üzrə qalib olub

15-07-2026

Kapital Bank 2026-cı ilin II rübü üzrə maliyyə nəticələrini elan edib

03-07-2026

Kapital Bank 116 filial, 51 şöbə və 1274 ATM ilə ölkənin ən böyük xidmət şəbəkəsinə malik bankıdır

24-06-2026

“Kapital Bank” Səhmdarlarının nəzərinə

22-06-2026

Kapital Bank sahibkarları bir araya gətirən platformalara dəstəyini davam etdirir

Daha çox