21-11-2025
Azərbaycan Banklar Assosiasiyası və Azərbaycan Respublikasının Mərkəzi Bankının təşkilatçılığı, Kapital Bank-ın sponsorluğu və İqtisadi İslahatların Təhlili və Kommunikasiyası Mərkəzinin dəstəyi ilə keçirilən ənənəvi “Etibarlı, Təhlükəsiz və Dayanıqlı Bankçılıq” IX Beynəlxalq Bankçılıq Forumu başa çatıb.
Forum nağdsız iqtisadiyyata keçid, maliyyə sektorunda rəqəmsal transformasiya, innovasiyalar və davamlı bankçılıq trendlərini müzakirə etmək üçün geniş platforma təqdim edib. İki gün davam edən tədbirdə maliyyə dayanıqlığını gücləndirən, bank sektorunu müasirləşdirən və bütün maraqlı tərəflərə rəqəmsal imkanlardan tam yararlanmağa şərait yaradan gələcəyə yönəlik strategiyalar nümayiş etdirilib.
Kapital Bank-ın nümayəndələri Forumun mühüm panellərində çıxış edərək, bankçılıq sahəsinin ən aktual mövzularına dair dərin bilik və təcrübələrini bölüşüblər.
Bankın Biznes Risk Texnologiyaları sahəsinin lideri İlkin Bilallı “Analitikanın gücü ilə ənənəvi bankçılıqdan rəqəmsala” başlıqlı paneldə “FinScore-un real biznes mühitində praktiki tətbiqi” mövzusunda çıxış edib. O, məlumatlara əsaslanan kredit skorinq modelinin rəqəmsal kreditləşmədə səmərəliliyin artırılmasında, risklərin daha dəqiq qiymətləndirilməsində və qərarların qəbul edilməsinin optimallaşdırılmasında rolunundan danışıb.
Eyni zamanda, Kapital Bank-ın Xəzinədarlıq departamentinin direktoru Elşad İbrahimov “Müasir dövrdə kapital bazarları və investisiya əməliyyatları” mövzusuna həsr olunan paneldə, “Blokçeyn, bankçılığın gələcəyi və beynəlxalq kapital axınları” haqqında fikir mübadiləsi aparıb. Onun çıxışı blokçeyn texnologiyasının maliyyə xidmətlərinin transformasiyasına, xüsusilə də beynəlxalq investisiya əməliyyatlarının şəffaflığının və sürətinin artırılmasına potensial təsirini vurğulayan məqamlarla yadda qalıb.
Forum iki gün ərzində iştirakçılara maliyyə sektorundakı yenilikləri, rəqəmsal imkanları və dayanıqlı bankçılıq təcrübələrini müzakirə etmək üçün zəngin platforma təqdim edib.
Ölkənin birinci bankı Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 115 filialı və 50 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Əlaqə Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün – https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün – https://kbl.az/prcrc.