Kapital Bank

1874-cü ildən bəri

0% 25% 50% 100%

24-07-2026

"Moody’s" Kapital Bank-ın güclü maliyyə göstəricilərini bir daha təsdiqləyib

Beynəlxalq reytinq agentliyi "Moody’s Ratings" Kapital Bank-ın Ba2 uzunmüddətli depozit reytinqini, ba3 səviyyəsində əsas kredit qiymətləndirməsini (Baseline Credit Assessment – BCA) və müsbət proqnozunu (Positive Outlook) təsdiqləyib. Bu qərar bankın maliyyə dayanıqlığını bir daha təsdiqləyir.

Agentliyin qiymətləndirməsinə əsasən, reytinq bankın güclü aktiv keyfiyyəti, yüksək gəlirliliyi, bazar maliyyələşməsindən məhdud asılılığa malik dayanıqlı maliyyələşmə bazası və yüksək likvidlik səviyyəsi ilə əsaslandırılır.

"Moody’s" bankın gəlirliliyinin növbəti 12–18 ay ərzində də ümumilikdə sabit qalacağını gözləyir. Agentliyin rəyinə görə, kredit portfeli üzrə gəlirliliyin artması və komissiya gəlirlərinin yüksəlməsi bankın maliyyə nəticələrini dəstəkləməyə davam edəcək. Eyni zamanda, risklə ölçülmüş aktivlərin artım tempinin yavaşıması kapital mövqeyi üzərindəki təzyiqi azaldacaq.

"Moody’s", həmçinin, Kapital Bank-ın Azərbaycanın aktivlər üzrə ikinci ən böyük bankı olduğunu, kreditlər və müştəri depozitləri bazarında əhəmiyyətli paya malik olduğunu vurğulayıb. Agentlik bankın uzunmüddətli depozit reytinqi üzrə müsbət proqnozunu Azərbaycanın suveren reytinqi üzrə müsbət proqnoz və bankın fəaliyyət göstərdiyi əlverişli əməliyyat mühiti ilə əlaqələndirib.

Ümumilikdə, "Moody’s-in" qiymətləndirməsi Kapital Bank-ın güclü maliyyə göstəricilərini və bazardakı mövqeyini əks etdirir.

Ölkənin birinci bankı Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 116 filialı, 51 şöbəsi və 13 Rəqəmsal Mərkəzi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Əlaqə Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul kreditiBirbank kartı sifarişlərinizi onlayn formada həyata keçirə bilərsiniz.

Xəbərlər

11-09-2026

Qırmızı Ürəklər Fondunun “Onu Oxut” aksiyası yekunlaşıb

31-08-2026

Kapital Bank Səhmdarlarının nəzərinə

29-07-2026

“Pəncəli Ürəklər” aksiyası çərçivəsində sahibsiz heyvanlar üçün yuvaların sayı 35-ə çatdı

24-07-2026

"Moody’s" Kapital Bank-ın güclü maliyyə göstəricilərini bir daha təsdiqləyib

17-07-2026

Kapital Bank “Euromoney Awards for Excellence 2026”da iki nominasiya üzrə qalib olub

15-07-2026

Kapital Bank 2026-cı ilin II rübü üzrə maliyyə nəticələrini elan edib

Daha çox