Kapital Bank

1874-cü ildən bəri

0% 25% 50% 100%

KSM

03-02-2026

“Pəncəli Ürəklər” sahibsiz heyvanlara dəstək aksiyası uğurla davam edir

Qırmızı Ürəklər Fondu sahibsiz heyvanlara dəstək məqsədilə mütəmadi olaraq həyata keçirdiyi “Pəncəli Ürəklər” aksiyasını davam etdirir. Aksiya çərçivəsində 3-20 fevral 2026-cı il tarixləri ərzində Bakı və Sumqayıt şəhərləri ərazisində yerləşən Kapital Bank/Birbank filiallarının qarşısında sahibsiz heyvanlar üçün yuvalar və yem qabları quraşdırılır.

Aksiyaya qoşulmaq və daha çox heyvana kömək etmək istəyən hər kəs vizualda yerləşdirilən QR kodu oxutmaqla, eləcə də Birbank və m10 mobil tətbiqlərindən, Birbank/Kapital Bank terminallarından Qırmızı Ürəklər Fonduna ianə edə bilərlər. Toplanan vəsaitlər sahibsiz heyvanların qida və digər ehtiyaclarının qarşılanması üçün istifadə edilir.

“Pəncəli Ürəklər” aksiyasının əsas məqsədi cəmiyyətdə heyvanlara qarşı qayğı və məsuliyyət hissini gücləndirmək, sahibsiz heyvanlara qarşı diqqəti artırmaqdır. Layihə vasitəsilə vətəndaşlar küçə heyvanlarının həyat şəraitinin yaxşılaşdırılmasına birbaşa töhfə vermək imkanı əldə edirlər.

Qeyd edək ki, “Red Hearts” – Qırmızı Ürəklər Fondu 2020-ci ildə Kapital Bank-ın bir qrup əməkdaşı tərəfindən könüllü qrupu olaraq fəaliyyətə başlamışdır. Həmin ildə dövlət qeydiyyatına alınan Fond ölkəmizdə ianəçilik mədəniyyətinin formalaşmasına xidmət edir. Ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpası, təhsil, təlim-tədris, maarifləndirmə kimi cəmiyyətin həssas və vacib mövzularına dair sosial təşəbbüslərlə çıxış edən “Red Hearts”ın ali məqsədi yardımsevər insanları xeyriyyəçilik mədəniyyəti ətrafında birləşdirməkdir. Qırmızı Ürəklər Fondunun fəaliyyəti ilə ətraflı tanış olmaq və ianə edərək sözügedən mövzularda dəstək olmaq üçün https://redhearts.az saytına daxil ola bilərsiniz. 

Xəbərlər

24-07-2026

"Moody’s" Kapital Bank-ın güclü maliyyə göstəricilərini bir daha təsdiqləyib

17-07-2026

Kapital Bank “Euromoney Awards for Excellence 2026”da iki nominasiya üzrə qalib olub

15-07-2026

Kapital Bank 2026-cı ilin II rübü üzrə maliyyə nəticələrini elan edib

03-07-2026

Kapital Bank 116 filial, 51 şöbə və 1274 ATM ilə ölkənin ən böyük xidmət şəbəkəsinə malik bankıdır

24-06-2026

“Kapital Bank” Səhmdarlarının nəzərinə

22-06-2026

Kapital Bank sahibkarları bir araya gətirən platformalara dəstəyini davam etdirir

Daha çox