Kapital Bank

1874-cü ildən bəri

0% 25% 50% 100%

KSM

14-11-2025

Qırmızı Ürəklər Fondunun “Zəfər Payı” aksiyası öz məqsədinə çatdı

Qırmızı Ürəklər Fondunun 8 Noyabr – Zəfər Günü münasibətilə həyata keçirdiyi “Zəfər Payı” xeyriyyə aksiyası yekunlaşıb. Aksiya çərçivəsində Birbank mobil tətbiqi üzərindən 593 yardımsevərin ianəsi ilə ümumilikdə 10 503 manat vəsait toplanılıb. Toplanan məbləğlə ərzaq paketləri hazırlanıb və fondun könüllüləri tərəfindən  252 aztəminatlı qazi ailəsinə çatdırılıb.  


Qeyd edək ki, “Zəfər payı” aksiyası 31 oktyabr – 8 noyabr 2025-ci il tarixlərində həyata keçirilib. Aksiyanın məqsədi Vətən müharibəsində iştirak etmiş qəhrəmanlara dəstək olmaq, xalqımızın yardımlaşma ənənəsini yaşatmaqdır.  


Qeyd edək ki, “Red Hearts” – Qırmızı Ürəklər Fondu 2020-ci ildə Kapital Bank-ın bir qrup əməkdaşı tərəfindən könüllü qrupu olaraq fəaliyyətə başlamışdır. Həmin ildə dövlət qeydiyyatına alınan Fond ölkəmizdə ianəçilik mədəniyyətinin formalaşmasına xidmət edir. Ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpası, təhsil, təlim-tədris, maarifləndirmə kimi cəmiyyətin həssas və vacib mövzularına dair sosial təşəbbüslərlə çıxış edən “Red Hearts”ın ali məqsədi yardımsevər insanları xeyriyyəçilik mədəniyyəti ətrafında birləşdirməkdir. Qırmızı Ürəklər Fondunun fəaliyyəti ilə ətraflı tanış olmaq və ianə edərək sözügedən mövzularda dəstək olmaq üçün https://redhearts.az saytına daxil ola bilərsiniz.  
 

Xəbərlər

24-07-2026

"Moody’s" Kapital Bank-ın güclü maliyyə göstəricilərini bir daha təsdiqləyib

17-07-2026

Kapital Bank “Euromoney Awards for Excellence 2026”da iki nominasiya üzrə qalib olub

15-07-2026

Kapital Bank 2026-cı ilin II rübü üzrə maliyyə nəticələrini elan edib

03-07-2026

Kapital Bank 116 filial, 51 şöbə və 1274 ATM ilə ölkənin ən böyük xidmət şəbəkəsinə malik bankıdır

24-06-2026

“Kapital Bank” Səhmdarlarının nəzərinə

22-06-2026

Kapital Bank sahibkarları bir araya gətirən platformalara dəstəyini davam etdirir

Daha çox