Fəaliyyətimizi qanunvericiliyə və beynəlxalq standartlara uyğun olaraq həyata keçiririk
“Kapital Bank” ASC fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyinə, o cümlədən “Banklar haqqında”, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında”,“Hədəfli maliyyə sanksiyaları haqqında ”Qanunlarına, eyni zamanda Mərkəzi Bankın “Banklarda korporativ idarəetmə Standartları”na,“Bank hesablarının açılması, aparılması və bağlanması Qaydası” na, Azərbaycan Respublikasının maliyyə bazarları tənzimləyicisinin digər hüquqi aktlarına, Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətinin “Müştəri uyğunluğu və yeni texnologiyaların tətbiqi zamanı verifikasiya tədbirlərinə, risk faktorlarının müəyyən edilməsinə və müştəri profilinin risk qruplarına aid edilməsinə dair Qaydalar”ına və digər hüquqi aktların tələblərinə uyğun formada gerçəkləşdirir. Bank müştəriləri, partnyorları və üçüncü tərəfləri cinayət yolu ilə əmlakın leqallaşdırılması, terrorçuluğun maliyyələşdirilməsi və digər maliyyə cinayətləri risklərindən qorumaq üçün hərtərəfli komplayens proqramı yaratmışdır. Bu proqramın əsasını Komplayens sahəsi üzrə riskləri müəyyən etmək və qarşısını almaq, qanun və qaydalara riayət etmək məqsədilə daxili nəzarət sistemini təmin edən Bankın ƏL-TMM Siyasəti təşkil edir.
“Kapital Bank” ASC Komplayens sahəsi üzrə öz öhdəliklərinə tam sadiqdir. Bankımız ixtisaslaşdırılmış insan və texnoloji resurslara malik müstəqil Komplayens funksiyasını formalaşdırmışdır. Komplayens funksiyası Bankımızı qanunvericiliyə və maliyyə bazarlarını tənzimləyən hüquqi aktların tələblərinə riayət etməməsi nəticəsində üzləşə biləcəyi təsir tədbirləri və sanksiyalar, maliyyə itkiləri və ya nüfuzunun itirilməsi risklərindən qoruyur. Bankdaxili, ölkədaxili və beynəlxalq Komplayens qaydalarına, tövsiyələrinə və bazarın ən yaxşı təcrübələrinə riayət etməklə, Komplayens funksiyası Bankımızın etibarlılığını təmin edir.
Bank beynəlxalq əməkdaşlıq prinsiplərinə sadiqdir və bu çərçivədə, Maliyyə Tədbirləri üzrə İşçi Qrupu (FATF) tərəfindən müəyyən edilmiş tövsiyələrə, Bazel Komitəsi, Wolfsberg qrupunun prinsiplərinə, Birləşmiş Millətlər Təşkilatının (BMT) sanksiya qərarlarına və digər beynəlxalq maliyyə nəzarəti standartlarına riayət edir.
Bank ölkədaxili sanksiya siyahılarına, eləcə də ABŞ-ın Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) və Avropa Birliyinin tətbiq etdiyi sanksiya siyahılarına əməl etməklə fəaliyyət göstərir.
Bankın Komplayens sistemi aşağıdakı komponentləri ehtiva edir:
Aşağıdakı əsas prinsiplər Bankın Komplayens riskinə nəzarət yanaşmasını tənzimləyir:
Bank müştərilərini çirkli pulların yuyulması, terrorçuluğun maliyyələşdirilməsi və digər maliyyə cinayətləri risklərindən qorumaq üçün hərtərəfli Komplayens Proqramı yaratmışdır. Bu qlobal proqramın əsasını Komplayens sahəsi üzrə riskləri müəyyən etmək və qarşısını almaq, qanun və qaydalara riayət etmək məqsədilə qlobal ardıcıl nəzarət sistemini təmin edən Bankın Komplayens Siyasəti təşkil edir. Bankda Komplayens sahəsi üzrə Məsul Şəxs mövcuddur və Məsul Şəxs Baş Komplayens İnzibatçısına və Müşahidə Şurasına dövri əsasda, əhəmiyyətli komplayens riskləri baş verdiyi halda isə növbədənkənar əsasda hesabatlar təqdim edir.
Baş Komplayens İnzibatçısı - Komplayens funksiyası ilə əlaqədar Bankın struktur bölmələrinin fəaliyyətinə nəzarəti (kuratorluğu) həyata keçirən İdarə Heyətinin üzvüdür və aşağıdakı funksiyaları icra edir:
Məsul Şəxs - Bankda ƏL/TMM üzrə AR Qanunun, habelə daxili qayda və prosedurların, nəzarət mexanizmlərinin tələblərinin həyata keçirilməsinə nəzarət etməyə, Maliyyə Monitorinqi Xidməti ilə məlumat mübadiləsini həyata keçirməyə, həmçinin monitorinq olunmalı əməliyyatlarla bağlı müvafiq hesabatları hazırlamağa və təqdim etməyə cavabdeh olan şəxsdir və aşağıdakı funksiyaları icra edir:
Beynəlxalq sanksiya rejimi – Dövlətlərin, çoxtərəfli və ya regional təşkilatların dövlətlərə və ya təşkilatlara qarşı təhlükəsizlik maraqlarını qorumaq və ya beynəlxalq hüququ qorumaq, beynəlxalq sülh və təhlükəsizliyi təhdidlərdən müdafiə etmək üçün diplomatik səylərinin bir hissəsi olan siyasi və iqtisadi qərarlardır.
Sanksiya uyğunluğu Bankın Komplayens funksiyasının risk idarəetmə strategiyasının əsas bir hissəsidir. Bank qlobal və ölkədaxili miqyasda sanksiyalarla əlaqədar qanun və qaydaların tələblərinə edilməsini təmin etməyə sadiqdir. Bankımız Beynəlxalq sanksiya rejiminin tələblərinin təmin edilməsi Siyasətinə uyğun olaraq, biznes fəaliyyətlərimizə tətbiq edilən bütün sanksiyalara tam əməl etməyimizi və sanksiya risklərini lazımi şəkildə idarə etməyimizi təmin etmək üçün yanaşmamızı müəyyən edir. Kapital Bank öz müştəriləri, səhmdarları və tənzimləyiciləri qarşısında özünün fəaliyyəti zamanı tətbiq olunan sanksiyaların tələblərinə əməl etməsi, eləcə də Bankın məhsul və xidmətlərinin sanskiya rejiminin tələblərinin pozulması məqsədilə sui-istifadə edilməsinə yol verməmək üçün məsuliyyət daşıyır.Komplayens funksiyası tərəfindən müştərilər və Bankın əməkdaşlıq etdiyi partnyorlarla işgüzar münasibətlərə başlamazdan əvvəl və işgüzar münasibətlərin davam etdiyi müddətdə davamlı olaraq, eləcə də əməliyyatlar zamanı beynəlxalq sanksiya siyahıları üzrə uyğunluq yoxlanılması yerinə yetirilir.
Müştəri üzrə yoxlama prosesi:
Bankın “Öz müştərini tanı”prinsipləri üzrə Bankın əməliyyat sisteminə inteqrasiya edilən KYC Modulu vasitəsilə müştərilər real vaxt rejimində skrininq edilir. KYC skrininq modulunun müəyyən etdiyi xüsusi alqoritm vasitəsilə müştəri məlumatlarının siyahılarla uyğunluq faizi hesablanaraq təhlil edilir. Siyahılar Refinitive şirkətinin təqdim etdiyi servislər vasitəsilə avtomatik yenilənir və proqram təminatlarına inteqrasiya edilib və mütəmadi təhlil edilir. Şübhəli məlumat aşkar olunduqda Bankın daxili qaydalarına müvafiq tədbirlər görülür. Şübhə aşkar olunmadıqda, əməliyyatın icrası davam etdirilir. Batch skrininq prosesi günlük və rüblük icra edilir.
Əməliyyatlar üzrə yoxlama prosesi:
Bankın şübhəli əməliyyatların aşkar olunması prinsipləri üzrə Bankın əməliyyat sistemi ilə inteqrasiya olunmuş Embargo Modulu vasitəsilə ölkədaxili və ölkəxarici köçürmələr, eləcə də ölkələr, təyin olunmuş xüsusi indikatorlar (ssenarilər) əsasında analiz edilir. Xüsusi indikatorlara uyğun gələn, qeyri-adi və ya şübhəli hesab edilən, müştərinin profilinə uyğun gəlməyən əməliyyatların icrası avtomatik dayandırılır. Şübhəlilik üçün əsas yoxdursa və ya təhlil nəticəsində şübhəlilik aradan qalxmışdırsa, əməliyyat icra edilir. Həmçinin, KYC skrininq modulunun müəyyən etdiyi xüsusi alqoritm vasitəsilə müştəri məlumatlarının müəyyən olunmuş siyahılarla uyğunluq faizi hesablanaraq əməliyyat anında da sanksiya siyahıları ilə üzləşmə aparılır, şübhəli hal olduqda müvafiq tədbirlər görülür.
Tərəfdaşlar üzrə yoxlama prosesi:
Təqdim olunmuş sənədlər əsasında 3-cü tərəflər, onların təsisçiləri və benefisiar mülkiyyətçiləri sanksiya siyahıları üzrə, sanksiya tətbiq edilmiş şəxsləri və/və ya təşkilatları üzrə yoxlamaların beynəlxalq məlumat bazası (World check) və açıq mənbələrdə olan məlumatlar vasitəsilə aparılması, habelə qeyri-qanuni fəaliyyəti müəyyən edilməsi, sanksiyalarla bağlı riskləri aşkar edilməsi həyata keçirilir. Uyğunsuzluq aşkar olunmadıqda, müsbət rəy bildirilir. Uyğunsuzluq aşkar olduğu halda işgüzar münasibətlərin qurulmasına imtina barədə rəy təqdim edilir
Bu təməli rəhbər tutan və bu təməl üzərində qurulmuş əsas Proqram elementləri Komplayens Nəzarət prosesinin dörd azası çərçivəsində yerinə yetirilir - Qarşısının alınması, Aşkarlanması, tədbirlər planının tətbiqinə nəzarət və Hesabatlığı:
Davamlı sayıqlığımız
Daxili siyasətlərə uyğun olaraq, işgüzar münasibətlərə başlamazdan əvvəl bütün tərəfdaşlar Komplayens tərəfindən yoxlanılır və əməkdaşlığın qurulması üzrə rəy verilir. Bankın daxili normativ sənədlərinə uyğun olaraq, əməkdaşlıq etdiyi (xidmət aldığı və xidmət göstərdiyi) bütün üçüncü tərəflərlə işgüzar münasibətlər qurulmamışdan öncə, zəruri məlumat və sənədlər əsasında Komplayens funksiyası tərəfindən eyniləşdirmə tədbirləri həyata keçirilir və qiymətləndirmə aparılır.
Təqdim olunmuş sənədlər əsasında Komplayens funksiyası tərəfindən yoxlama və qiymətləndirmə aşağıdakı meyarlar əsasında aparılır:
Fico Tonbeller modulları və Refinitiv (World check Məlumat Bazası).
Etik davranış qaydaları
Bu normalar Bankda işçilərin davranış qaydalarını tənzimləyir. Bankın imicinin - nüfuzunun formalaşmasına xidmət etməklə, işçilər üçün mənəvi, etik və hüquqi dəyərləri müəyyən edir.
Etik davranış qaydaları ilk növbədə Bankda işçilərin davranışına nəzarəti təmin edir, onu peşə daxilində bir çox ixtisaslara tətbiq etməyə imkan verir və təsvir edilən normalara əməl edilməsi üçün effektiv vasitələri təklif edir.
Mənəvi dəyərlərə işçinin işdə və işdənkənar davranışı, ictimai fəaliyyəti daxildir. Etik dəyərlərə Bankın imicinin qorunması, Bankın əmlakına münasibət və s. daxildir.
Hüquqi dəyərlərə qanunvericiliyə münasibət, bankdaxili prosedurlara əməl edilməsi, məxfi və xidməti istifadə üçün məlumatların qorunması və s. daxildir.
İşgüzar etiket - İşgüzar- professional (peşəkar) mühitdə davranış və ünsiyyətdir. İşgüzar etiket ətrafdakı insanlara hörmət və nəzakət, xeyirxahlıq və diqqət əsasında qurulur. Bankda hər bir işçi işgüzar münasibətlərdə subordinasiya qaydalarına ciddi əməl etməlidir.
Bankın fəaliyyətinin bütün sahələrini əhatə etdiyi üçün əməkdaşlar aşağıdakı məlumatların mütləq konfidensiallığını (məxfiliyini) təmin etməlidirlər: