Kapital Bank

1874-cü ildən bəri

0% 25% 50% 100%

19-03-2026

Kapital Bank-da məktəblilər üçün “Smart Money Talks” sessiyası təşkil edildi

Ölkənin birinci bankı Kapital Bank Qlobal Pul Həftəsi (Global Money Week) çərçivəsində məktəblilərin maliyyə savadlılığının artırılmasına yönəlmiş “Smart Money Talks” adlı maarifləndirici sessiya təşkil edib.

Dünyanın bir çox ölkəsində hər il keçirilən Qlobal Pul Həftəsi uşaqlar və gənclər arasında maliyyə savadlılığının artırılmasını hədəfləyən beynəlxalq təşəbbüsdür. Bu təşəbbüs gənclərin erkən yaşlardan pulun idarə olunması, maliyyə qərarlarının verilməsi və şəxsi maliyyə təhlükəsizliyi ilə bağlı bilik və bacarıqlar əldə etməsini təşviq edir.

Kapital Bank da bu təşəbbüsə qoşularaq təşkil etdiyi “Smart Money Talks” sessiyası ilə məktəblilərin maliyyə mövzularında ilkin biliklərinin formalaşmasına töhfə verib. Sessiya zamanı iştirakçılar pul və maliyyə anlayışları ilə tanış olub, şəxsi büdcənin idarə olunmasının əsas prinsiplərini öyrəniblər. Onlara qənaət, maliyyə planlaşdırması və düzgün maliyyə qərarlarının əhəmiyyəti barədə məlumat verilib. Eyni zamanda, gündəlik həyatda rast gəlinən maliyyə riskləri və fırıldaqçılıq halları barədə maarifləndirici məlumatlar təqdim olunub.

Elm və Təhsil Nazirliyinin dəstəyi və tərəfdaşlığı ilə baş tutan tədbirdə Bakı şəhərində yerləşən 34, 35, 36, 164 nömrəli tam orta ümumtəhsil məktəblərinin və 246 nömrəli məktəb-liseyin 5-8-ci sinif şagirdləri iştirak ediblər. Ümumilikdə 50 şagirdin qoşulduğu sessiya interaktiv formatda təşkil olunub. Kapital Bank gənc nəslin maliyyə savadlılığının artırılması istiqamətində təşəbbüslərini davam etdirməyi planlaşdırır.

Ölkənin birinci bankı Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 114 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az  saytına, 196 Əlaqə Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün – https://kbl.az/prgtk , Birbank kartı sifarişi üçün – https://kbl.az/prcrc .

Xəbərlər

01-06-2026

“Hər şey mümkündür”: 1 İyun münasibətilə inklüziv inkişafı təşviq edən xüsusi layihə həyata keçirilib

21-05-2026

Kapital Bank dünyaca məşhur “Federated Hermes Limited” şirkəti ilə əməkdaşlığa başladı

12-05-2026

Qırmızı Ürəklər Fondu növbəti “Qurban payı” aksiyasına start verir

08-05-2026

Kapital Bank-ın baş ofisindən 51 kq işlənmiş batareya toplandı

24-04-2026

Göygöldə “Qəhrəmanlar bağı” aksiyası həyata keçirilib

15-04-2026

Kapital Bank 2026-cı ilin I rübü üzrə maliyyə nəticələrini elan edib

Daha çox