Kapital Bank

1874-cü ildən bəri

0% 25% 50% 100%

12-05-2026

Qırmızı Ürəklər Fondu növbəti “Qurban payı” aksiyasına start verir

Yardımlaşma, mərhəmət, insanlara və ətraf mühitə qayğı kimi nəcib dəyərləri daim təşviq edən Qırmızı Ürəklər Fondu Qurban bayramı ərəfəsində ənənəvi “Qurban payı” ianə aksiyasını yenidən həyata keçirir.

Aksiya çərçivəsində xeyirxah insanların ianələri hesabına toplanan vəsait ölkənin müxtəlif bölgələrində yaşayan aztəminatlı ailələr üçün qurban paylarının hazırlanmasına və çatdırılmasına yönəldiləcək.

Qeyd edək ki, aksiya 26 may 2026-cı il tarixinədək davam edəcək.

Aksiyaya qoşulmaq, daha çox ailəyə bayram sevinci yaşatmaq istəyən hər kəs vizualda yerləşdirilən QR kodu oxutmaqla, eləcə də Birbank və m10 mobil tətbiqlərindən, Birbank/Kapital Bank terminallarından Qırmızı Ürəklər Fonduna ianə edə bilərlər.

“Red Hearts” – Qırmızı Ürəklər Fondu 2020-ci ildə Kapital Bank-ın bir qrup əməkdaşı tərəfindən könüllü qrupu olaraq fəaliyyətə başlayıb. Həmin ildə dövlət qeydiyyatına alınan fond ölkəmizdə ianəçilik mədəniyyətinin formalaşmasına xidmət edir. Ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpası, təhsil, təlim-tədris, maarifləndirmə kimi cəmiyyətin həssas və vacib mövzularına dair sosial təşəbbüslərlə çıxış edən “Red Hearts”ın ali məqsədi yardımsevər insanları xeyriyyəçilik mədəniyyəti ətrafında birləşdirməkdir. “Qırmızı Ürəklər Fondu”nun fəaliyyəti ilə ətraflı tanış olmaq və ianə edərək sözügedən mövzularda dəstək olmaq üçün https://redhearts.az saytına daxil ola bilərsiniz.

Xəbərlər

24-07-2026

"Moody’s" Kapital Bank-ın güclü maliyyə göstəricilərini bir daha təsdiqləyib

17-07-2026

Kapital Bank “Euromoney Awards for Excellence 2026”da iki nominasiya üzrə qalib olub

15-07-2026

Kapital Bank 2026-cı ilin II rübü üzrə maliyyə nəticələrini elan edib

03-07-2026

Kapital Bank 116 filial, 51 şöbə və 1274 ATM ilə ölkənin ən böyük xidmət şəbəkəsinə malik bankıdır

24-06-2026

“Kapital Bank” Səhmdarlarının nəzərinə

22-06-2026

Kapital Bank sahibkarları bir araya gətirən platformalara dəstəyini davam etdirir

Daha çox