Kapital Bank

1874-cü ildən bəri

0% 25% 50% 100%

22-05-2026

İsmayıllıda 189 şəhidin xatirəsinə “Qəhrəmanlar Bağı” salındı

Qırmızı Ürəklər Fondu və “PMD Group”-un birgə təşəbbüsü, İsmayıllı Rayon İcra Hakimiyyətinin dəstəyi ilə İsmayıllı rayonunda “Qəhrəmanlar Bağı” ağacəkmə aksiyası keçirilib. Layihə çərçivəsində I və II Qarabağ müharibəsi zamanı şəhidlik zirvəsinə ucalan 189 qəhrəmanımızın əziz xatirəsinə 189 ağac əkilib.

 

2021-ci ildən start götürən və ölkəmizin müxtəlif bölgələrini əhatə edən bu nəcib təşəbbüsün əsas məqsədi şəhidlərimizin xatirəsini əbədiləşdirmək, eyni zamanda ətraf mühitin mühafizəsinə və Azərbaycanın ekoloji mühitinin zənginləşməsinə töhfə verməkdir. Layihənin fəlsəfəsinə uyğun olaraq, hər bir rayon və şəhərdə şəhidlərin sayı qədər ağacın əkilməsi ənənəsi İsmayıllıda da davam etdirilib.

 

Tədbirin açılışında çıxış edən Qırmızı Ürəklər Fondunun prezidenti Yusif Poladov layihənin mənəvi əhəmiyyətini vurğulayıb: “Şəhidlərimizin xatirəsinin yaşadılması istiqamətində həyata keçirilən hər bir layihə milli həmrəyliyimizin və vəfa borcumuzun təcəssümüdür. “Qəhrəmanlar Bağı” sadəcə ağacəkmə aksiyası deyil, bu, qəhrəmanlarımızın ruhuna hörmətimizin və gələcək nəsillərə ötürəcəyimiz canlı bir irsdir. Bu layihənin təşəbbüskarı olmaq bizim üçün həm böyük qürur, həm də mənəvi məsuliyyətdir”.

 

Aksiyada şəhid ailələri, qazilər, rayon ictimaiyyətinin nümayəndələri, eləcə də Kapital Bank və Qırmızı Ürəklər Fondunun əməkdaşları iştirak ediblər. Bu layihə bir daha sübut edir ki, şəhidlərimizə olan ehtiramımız daima yaşayacaq və hər bir əkilən ağac onların xatirəsini gələcək nəsillərə daşıyacaq.

 

Xatırladaq ki, ölkəmizin müxtəlif bölgələrində həyata keçirilən layihə çərçivəsində 31 “Qəhrəmanlar bağı” salınıb.

 

Ətraflı məlumat: https://www.b-b.az/rhqb 

 

Qeyd edək ki, “Red Hearts” – Qırmızı Ürəklər Fondu 2020-ci ildə Kapital Bank-ın bir qrup əməkdaşı tərəfindən könüllü qrupu olaraq fəaliyyətə başlayıb. Həmin ildə dövlət qeydiyyatına alınan fond ölkəmizdə ianəçilik mədəniyyətinin formalaşmasına xidmət edir. Ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpası, təhsil, təlim-tədris, maarifləndirmə kimi cəmiyyətin həssas və vacib mövzularına dair sosial təşəbbüslərlə çıxış edən “Red Hearts”ın ali məqsədi yardımsevər insanları xeyriyyəçilik mədəniyyəti ətrafında birləşdirməkdir. “Qırmızı Ürəklər Fondu”nun fəaliyyəti ilə ətraflı tanış olmaq və ianə edərək sözügedən mövzularda dəstək olmaq üçün https://redhearts.az saytına daxil ola bilərsiniz.

 

Xəbərlər

04-06-2026

Qırmızı Ürəklər Fondunun “Qurban payı” aksiyası çərçivəsində 400 ailəyə yardım edildi

01-06-2026

“Hər şey mümkündür”: 1 İyun münasibətilə inklüziv inkişafı təşviq edən xüsusi layihə həyata keçirilib

22-05-2026

İsmayıllıda 189 şəhidin xatirəsinə “Qəhrəmanlar Bağı” salındı

21-05-2026

Kapital Bank dünyaca məşhur “Federated Hermes Limited” şirkəti ilə əməkdaşlığa başladı

12-05-2026

Qırmızı Ürəklər Fondu növbəti “Qurban payı” aksiyasına start verir

08-05-2026

Kapital Bank-ın baş ofisindən 51 kq işlənmiş batareya toplandı

Daha çox