Kapital Bank

1874-cü ildən bəri

0% 25% 50% 100%

22-05-2026

Kapital Bank Visa və ABA tərəfindən 7 nominasiyada mükafatlandırıldı

Ölkənin birinci bankı Kapital Bank Azərbaycan Banklar Assosiasiyası (ABA) və beynəlxalq ödəniş texnologiyaları şirkəti Visa tərəfindən 7 nominasiyada mükafata layiq görülüb.  Mükafatlar bankın rəqəmsal ödənişlərin inkişafında rolu, innovativ həllərin tətbiqi və maliyyə sektorunda əməkdaşlığın genişləndirilməsinə verdiyi töhfələrə əsasən təqdim olunub.

Belə ki, bankın ötən il ictimai nəqliyyatda rəqəmsal ödəniş imkanlarının genişləndirilməsi layihəsi “İctimai nəqliyyatda tokenizasiya texnologiyalarının inkişafında liderlik”“İctimai nəqliyyatda kart qəbulunun inkişafına xüsusi töhfə” mükafatlarına layiq görülüb. Qeyd edək ki, bankın K Group” MMC (BakıKart) ilə əməkdaşlıq sayəsində tətbiq etdiyi texnoloji dəstək sayəsində “Baku Bus” MMC də daxil olmaqla, Bakı şəhəri üzrə fəaliyyət göstərən bütün avtobus marşrutlarında və “Bakı Metropoliteni” QSC-nin bütün stansiyalarında təmassız ödəniş (NFC) texnologiyasını tətbiq etmək mümkün olub.

Müştərilərə fərdi yanaşma, çeviklik və onlayn alış-veriş təcrübəsi yaradan bonus sisteminin tətbiqi isə banka  “Loyallıq innovasiyası: Bir Bonus-un təqdimatı” mükafatını qazandırıb.

 Azərbaycanda qadın sahibkarlığının inkişafına dəstək məqsədilə təqdim olunan “She’s Next” biznes kartı isə “Müxtəliflik və inklüzivliyin təşviqi: Qadın sahibkarlar üçün ilk kobrend kartı - She’s Next kartının təqdimatı” mükafatını qazanıb. Qeyd edək ki, “She’s Next” biznes kartı sahibkar qadınlara manat, dollar və avro olmaqla üç valyutada sərbəst istifadə imkanı verir. Kart eyni zamanda əlavə hədiyyələr və bonuslarla zəngin imtiyazlardan faydalanmaq imkanı yaradır.

“Yeni “All Airlines Birbank Miles” kartının təqdimatı” mükafatı səyahətsevərlərin ehtiyaclarına uyğun hazırlanmış innovativ kart məhsuluna görə banka təqdim edilib. Kart sahibləri gündəlik ödənişlər zamanı mil qazanaraq onları müxtəlif aviaşirkətlərin uçuş biletlərinə çevirmək imkanı əldə edirlər.

Premium müştərilər üçün təqdim olunan xüsusi xidmətlər və üstünlüklər də dəyərləndirilib. Belə ki, bank “Premium bankçılıq sahəsində uğurlu tərəfdaşlıq” nominasiyası üzrə mükafata layiq görülüb.

“Sahibkarlıq innovasiyası: Visa Sahibkar kartının eksklüziv təqdimatı mükafatı isə sahibkarların maliyyə idarəçiliyini daha rahat və effektiv təşkil etmələrinə dəstək olan innovativ kart həllinə görə banka təqdim edilib. Visa Sahibkar kartı biznes sahiblərinə gündəlik əməliyyatların idarə olunması və müxtəlif biznes üstünlüklərindən faydalanmaq imkanı qazandırır.

Ölkənin birinci bankı Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 114 filialı və 52 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Əlaqə Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul kreditiBirbank kartı sifarişlərinizi onlayn formada həyata keçirə bilərsiniz.

Xəbərlər

10-06-2026

TəhsilPlus kartlarının ilk kütləvi təqdimatına Gəncə-Daşkəsən regionundan start verildi

05-06-2026

“Sıfır Tullantı” həmrəylik marafonuna start verildi

04-06-2026

Qırmızı Ürəklər Fondunun “Qurban payı” aksiyası çərçivəsində 400 ailəyə yardım edildi

01-06-2026

“Hər şey mümkündür”: 1 İyun münasibətilə inklüziv inkişafı təşviq edən xüsusi layihə həyata keçirilib

22-05-2026

Kapital Bank Visa və ABA tərəfindən 7 nominasiyada mükafatlandırıldı

22-05-2026

İsmayıllıda 189 şəhidin xatirəsinə “Qəhrəmanlar Bağı” salındı

Daha çox