Kapital Bank

1874-cü ildən bəri

0% 25% 50% 100%

09-01-2026

Qırmızı Ürəklər Fondunun “Bayram səbəti” aksiyası 300-dən çox ailəyə sevinc bəxş etdi

Qırmızı Ürəklər Fondunun Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə keçirdiyi ənənəvi “Bayram səbəti” xeyriyyə aksiyası uğurla yekunlaşıb. Toplanan ianələr vasitəsilə ölkənin müxtəlif bölgələrində yaşayan yüzlərlə ailəyə bayram sovqatı çatdırılıb.

Cəmiyyətdə həmrəylik və paylaşma dəyərlərinin möhkəmləndirilməsi məqsədilə həyata keçirilən aksiya çərçivəsində həssas əhali qruplarından olan 305 ailəyə dəstək göstərilib. Birbank müştərilərinin ianələri nəticəsində formalaşdırılan, gündəlik tələbat üçün zəruri olan əsas qida məhsullarından ibarət ərzaq qutuları ölkənin 39 rayonu üzrə ünvanlara çatdırılıb.

Qeyd edək ki, aksiyanın həyata keçirilməsində Fondun 77 könüllüsü fəal iştirak edib. İanəçilərin maddi-mənəvi dəstəyi və könüllülərin fədakar fəaliyyəti sayəsində reallaşan bu xeyirxah təşəbbüs, təkcə maddi yardım deyil, eyni zamanda cəmiyyətdəki yardımlaşma ənənəsini daha da möhkəmləndirir.

“Red Hearts” – Qırmızı Ürəklər Fondu 2020-ci ildə Kapital Bank-ın bir qrup əməkdaşı tərəfindən könüllü qrupu olaraq fəaliyyətə başlamışdır. Həmin ildə dövlət qeydiyyatına alınan Fond ölkəmizdə ianəçilik mədəniyyətinin formalaşmasına xidmət edir. Ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpası, təhsil, təlim-tədris, maarifləndirmə kimi cəmiyyətin həssas və vacib mövzularına dair sosial təşəbbüslərlə çıxış edən “Red Hearts”ın ali məqsədi yardımsevər insanları xeyriyyəçilik mədəniyyəti ətrafında birləşdirməkdir. Qırmızı Ürəklər Fondunun fəaliyyəti ilə ətraflı tanış olmaq və ianə edərək sözügedən mövzularda dəstək olmaq üçün https://redhearts.az saytına daxil ola bilərsiniz. 

Xəbərlər

24-07-2026

"Moody’s" Kapital Bank-ın güclü maliyyə göstəricilərini bir daha təsdiqləyib

17-07-2026

Kapital Bank “Euromoney Awards for Excellence 2026”da iki nominasiya üzrə qalib olub

15-07-2026

Kapital Bank 2026-cı ilin II rübü üzrə maliyyə nəticələrini elan edib

03-07-2026

Kapital Bank 116 filial, 51 şöbə və 1274 ATM ilə ölkənin ən böyük xidmət şəbəkəsinə malik bankıdır

24-06-2026

“Kapital Bank” Səhmdarlarının nəzərinə

22-06-2026

Kapital Bank sahibkarları bir araya gətirən platformalara dəstəyini davam etdirir

Daha çox